Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz sosial şəbəkədəki görüntülərinə görə tənqid edilib. O, erməni stilist Georgi Kotun Soçidə keçirilən tədbirinə qatılıb və paylaşılan videolardan birində stilisti öpməsi geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Xalq artistinin, xüsusilə də Həzi Aslanov kimi qəhrəman bir obrazı kinoda canlandıran aktyorun qızının bu davranışını qınayıb.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, hər bir insan şəxsi həyatında atdığı addımlara görə ilk növbədə öz vicdanı qarşısında məsuliyyət daşıyır:

“Əgər adam dövlət və ya millət adından danışmırsa, şəxsi həyatında verdiyi qərarlara görə özü və vicdanı qarşısında cavabdehdir. Hər kəs təmsil etdiyi ailəni, tariximizi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri nəzərə alaraq addım atmalıdır. Bu xanımın və ya hər hansı vətəndaşın şəxsi mövqeyi barədə geniş müzakirə aparılmasını doğru hesab etmirəm. İctimai-siyasi fiqurlar olarsa, onların mövqeyi müzakirə edilə bilər. Bu məsələdə hər kəs keçmişimizi və baş verənləri vicdan tərəzisində ölçüb qərar verməlidir. Kimsə bunu belə ölçüb belə qərar veribsə, ona da həmin formada münasibət göstərilməlidir. Öz adımdan isə bunu təqdir etmirəm.”
Müşviq Tofiqoğlu
KONKRET.az
