Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxan insanlar var. Həm dövlət qurumları, həm də ayrı-ayrı adamlar virusdan qorunmaq üçün bir sıra profilaktik tədbirlər görürlər. Təbii ki, tanınmışlar da bu qəbildəndir.
KONKRET.az xəbər verir ki, xalq artisti Nazpəri Dostəliyeva toylardan imtina etdiyini açıqlayıb. O, bir müddətlik toy, nişan məclislərini dayandırdığını söyləyib.
“Məclislərə getmirəm. Bir müddət bəzi müəssisələr, məktəblər, bağçalar bağlanıbsa, demək, məsləhət deyil. Mən də bir müddətlik fəaliyyətimi dayandırmışam. Bu aralar virusa görə çalışıram, insanların sıx olduğu yerlərə getməyim”.
