Xalq artistinin vəfatı ilə bağlı NEKROLOQbackend

Xalq artistinin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyi Xalq artisti teatr rejissoru, aktyor Vaqif Əsədovun vəfatı ilə bağlı nekroloq yayıb.

KONKRET.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il mayın 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.

1978-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*