Xamenei NATO-dan qorxdu? – MƏKTUBUN PƏRDƏARXASIbackend

Xamenei NATO-dan qorxdu? - MƏKTUBUN PƏRDƏARXASI

NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini Azərbaycana gəlib.

KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.

Bəli, indiki tədbirlər müxtəlif görüş və briffinqlərlə kifayətlənəcək. NATO fəallığı bütün ölkələrdə belə başlayır. Sonra birgə təlimlər intensivləşir. Nümunə kimi Gürcüstan, yaxud Rusiyanın hücumundan əvvəl Ukraynanı göstərmək olar. Sadəcə, Ukrayna bir güllə ilə iki quş vurmaq istədi. Avropa İttifaqı və NATO-ya eyni anda üzvlük isə qəliz məsələdir. Qərbin Kiyevi Avroviziya ilə sakitləşdirmək cəhdi də baş tutmadı. Çünki Zelenski münaqişənin dondurulmasını istəmir və Rusiyanın damında bayquş ulatmaq fikrindədir.

Xamenei NATO-dan qorxdu?

Azərbaycana qayıtsaq, NATO əməkdaşlığımız var, amma üzvlük məsələsi hələ gündəm deyil. Baxmayaraq ki, qardaş Türkiyə NATO üzvüdür və Prezident İlham Əliyev hətta Albaniya səfərində alyansla bağlı mühüm mesajlar verdi. Tiranadakı siyasi ismarıcların əsas ünvanı Tehran olub. İran təranələri, təyyarələri, tankları, sepahları, molla rejimi necə təşvişə düşdüsə, ali dini liderlərinin köməkçisi Azərbaycana “sevgi məktubu” yolladı. Bəlkə də məktub Əli Xameneinin öz adından olsaydı, səmumla yolladıqları səmimiliyi gilavar-xəzri vurub dənizə tökməzdi. Üzlükləri yuyulmazdı, saxtakarlıq duyulmazdı:

– Azərbaycanda yaşayanlar bildi ki, Xamenei bu məktubla Cənubi Azərbaycandakı azadlıq hərəkatını yatırtmaq istəyir;

– Bu yolla ələnib tək-tüklənən şiə agenturasının tam parçalanmasının qarşısını almağa çalışır;

Amma rusla fransızın bacı dediyi ermənini farsların da bacı sayması və ardınca bizə qardaş xitabı yersizdir. Şükür ki, Azərbaycanın Ermənistan kimi əxlaqsız bacısı yoxdur. Yalnız qonşusu ola bilər! Ümumiyyətlə bir binada qardaş (Türkiyə), dost (Gürcüstan), pozğun (Ermənistan), xain və oğraş qonşuların yaşaması normaldır. Həyat belə qurulub, elə regionumuz da!

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*