Xankəndi yenə QAZSIZ QALDIbackend

Xankəndi yenə QAZSIZ QALDI

Azərbaycanın Qarabağ bölgəsində qazın verilişi dayandırılıb.

KONKRET.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Qarabağda, Gorusda, Qafanda qaz yoxdur. Magistral qaz kəməri zədələnib.

Hazırda borunun bərpası üzərində bərpa-təmir işi gedir.

“Qazprom-Armenia” şirkəti bildirir ki, tikinti işləri zamanı magistral qaz kəmərinin zədələnməsi səbəbindən qeyd olunan rayonlarda qaz təchizatı dayandırılıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, hazırda mütəxəssislər qaz borusunda təmir işləri aparır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*