Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundubackend

Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO

Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az bildirir ki, DİN Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “Chevrolet Camara” markalı avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*