“Xarici güclərin sifarişi ilə Ermənistanda heç vaxt hakimiyyət dəyişikliyi olmayacaq”backend

"Xarici güclərin sifarişi ilə Ermənistanda heç vaxt hakimiyyət dəyişikliyi olmayacaq"

“Qarabağ “əməliyyatı”nın təşkilatçıları hazırda eyni “əməliyyat”ı hansısa yolla Ermənistanda da keçirməyə çalışırlar. Onu da deyim ki, təşkilatçılar Ermənistanda deyil”.

KONKRET.az xəbər verir ki, bunu parlamentin tribunasından “Mülki razılaşma” fraksiyasının deputatı Vaaqn Aleksanyan bildirib.

Onun sözlərinə görə, rus sülhməramlılar 120 min insanın köçməsini sadəcə seyr ediblər: “Bundan sonra Ermənistan gördü ki, müttəfiqləri öz öhdəliklərini yerinə yetirmirlər. Bu, sübut olunmuş faktdır. Ermənistan isə Azərbaycan da daxil olmaqla bütün qonşuları ilə dəqiq demarkasiya olunmuş sərhədə malik olmalı və bu sərhəd 29,743 kvadrat kilometr ərazidə ümumiləşməlidir. Bunu qeyd etdiyim güc mərkəzlərində də sərt tələb edirlər. Çünki məsələ ondadır ki, Ermənistan konkretləşsə, ABŞ və AB ilə əla münasibətlər qurulacaq. BMT-nin tamhüquqlu üzvü kimi Ermənistana hücum etmək çətin olduğu üçün ölkəmizi boz zonaya çevirib onu udmaq istəyirlər. Bax indi əsas məsələ budur ”, – Vaaqn Aleksanyan bildirib.

“Ermənistandakı daha bir rus hərəkatı sadə bir səbəbdən uğursuzluğa məhkumdur: Ermənistan vətəndaşı sadə bir suala cavabı olmayan insanların arxasınca getmək istəyə bilməz. Xarici güclərin sifarişi ilə Ermənistanda heç vaxt hakimiyyət dəyişikliyi olmayacaq. Ermənistan Respublikasının müstəqilliyi əbədidir”, – deyə deputat fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*