Xarici jurnalistlər Qazaxıstana buraxılmır – BBCbackend

Xarici jurnalistlər Qazaxıstana buraxılmır - BBC

Britaniyalı jurnalist və Qazaxıstanla bağlı kitabların müəllifi Coanna Lilis bildirib ki, ölkənin Xarici İşlər Nazirliyində akkreditasiyası olmasına baxmayaraq, ölkəyə buraxılmır. 

KONKRET.az-ın məlumatına görə, bu barədə BBC xəbər verir. Lilis 2006-cı ildən Qazaxıstanda işləyir. Onun məqalələri “Guardian”, “Economist” və “Independent” nəşrlərində dərc olunub.

BBC qeyd edir ki, Qazaxıstan sərhədçiləri bəzi digər xarici jurnalistlərin də ölkəyə daxil olmasına icazə vermirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*