“Xarici ölkə vətəndaşlarının üzündəki şok ifadəni görəndə, gizlənməyə yer axtardım” – Naftalan bazarından FOTOLARbackend

"Xarici ölkə vətəndaşlarının üzündəki şok ifadəni görəndə, gizlənməyə yer axtardım" - Naftalan bazarından FOTOLAR

Zakir Binnətli

“Naftalan şəhərindəyəm. Əfsanəvi neft məlhəminin müalicəvi effektini sınaqdan keçirmək məqsədi ilə.

Bu gün bazar günüdür. Müalicə prosedurları olmadığı üçün şəhər bazarına baş çəkmək qərarına gəldim. Gördüklərimi sizinlə bölüşürəm.

Deməli, bazara çatmamış mərkəzi yolun hər iki tərəfində 200-dən çox kiçik dükandan ibarət alqı-satqı mərkəzi var. Aydındır ki, bu dükanların hər birinə ayrılan torpaq sahəsi az-çox imkanı olan yerli kiçik sahibkarlara od qiymətinə satılıb.

Ancaq, öz həyətyanı sahəsi və şəxsi təsərrüfatının məhsulunu satmaq istəyən imkansız şəhər və ətraf kənd sakinləri belə bir bazarda oturublar. “Əhsən” belə şəhər rəhbərliyinə. Görəsən heç utanıb yerə girmirlərmi?

Sanatoriyalarda müalicə alan və mənim kimi maraq xatirinə bazara gələn xarici ölkə vətəndaşlarının üzlərindəki təəccüb və şok ifadəsini görərkən, xəcalətimdən gizlənməyə yer axtardım.

Məşhur “ Brilliant əl” ( Бриллиантовая рука) filmində belə bir ifadə var: “ Görüm səni ömrün boyu aylıq maaşın ümidinə qalasan!”

İndi mənim Naftalan şəhər merinə belə bir arzum var:  “Görüm Sizi ömrünüz boyu maaşın ümidinə qalasınız, və bir bazara görə xəcalət hissi ömrünüz boyu Sizi təqib etsin! Amin””.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*