Xarkovda ATƏT missiyasının üzvü HƏLAK OLDUbackend

Xarkovda ATƏT missiyasının üzvü HƏLAK OLDU

Martın 1-də Xarkovun atəşə tutulması nəticəsində ATƏT missiyasının üzvü Marina Fenina həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın martın 2-də dərc olunmuş hesabatında deyilir.

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub. Müvafiq bəyanatı Vyanadakı missiyanın katibliyi verib.

Məlumata görə, Fenina gülləbaranların davam etdiyi şəhərdə ailəsi üçün ərzaq çatdırmaq istəyən zaman ölüb.

ATƏT-in sədri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmid mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bundan əvvəl bildirilib ki, martın 1-də ATƏT-in Ukraynadakı missiyasının üzvləri Rostov vilayətindən qaçıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*