Xarkovda dağıdılmış ekoparkın heyvanları öldürülməli olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Xalq deputatı Oleksandr Feldman xəbərdarlıq edib. O bildirib ki, Xarkovdakı ekoparkın yırtıcı heyvanları sınıq qəfəslərdə evtanaziya edilməli olacaqlar. Ayrı-ayrı heyvanların köçürülmə imkanları axtarılır.
Feldman ayrıca Xarkov sakinlərinə videomüraciət edib.
Rusiya qoşunlarının yandırıcı hücumları nəticəsində ekoparkın infrastrukturu məhv edilib, yırtıcılar vətəndaşların həyatı üçün təhlükə yaradıb.
“Məhəccərlər dağıdılıb, bütün infrastruktur dağıdılıb, pələnglər və şirlər möcüzə nəticəsində sağ qalıb. Onların qəfəsləri çox ciddi zədələnib, heyvanlar hər an bayıra çıxa bilərlər, ayılar da çox ağır vəziyyətdədir”.
Rəhbərlik axşam saatlarında qərar verəcək, indi heyvanların heç olmasa bir hissəsini köçürmək üçün hər hansı imkan axtarılır.
“Bu gün qərar verilir, ya axşama qədər vaxtımız var, ya hamını öldürmək, ya da bir az da köçürmək. Onları yönləndirmək şansı, ideyası yoxdur… Hər hansı bir fikir olsa, bəlkə balaca yaquarları, panterləri xilas edə bilək. Amma bütün yetkin heyvanların məhv olma ehtimalı var”, – deyə o əlavə edib.
Feldman ekoparkı Xarkova hücum zamanı rus qoşunlarının artilleriyasından atəşə tutulub. Heyvanlara yem verən iki nəfəri güllələyiblər.
Müharibədən əvvəl ekoparkda iki mindən çox heyvan var idi. Bura nadir və nəsli kəsilməkdə olanlar da olmaqla 300-ə yaxın müxtəlif növ heyvanlar daxil idi.
Atışma başlayan kimi onlardan bəziləri həlak olub.
Xilas edilən heyvanların bəziləri Rumıniya zooparklarında, bəziləri isə döyüşlərdən uzaq olan Ukrayna şəhərlərində sığınacaq tapıblar.
Xuraman Etibarlı,
KONKRET.az
