Xərçəng əleyhinə vaksin sınaqdan keçirilirbackend

Xərçəng əleyhinə vaksin sınaqdan keçirilir

Moderna” əczaçılıq şirkəti artıq xərçəng əlehinə vaksinini xəstələr üzərində sınaqdan keçirir.

KONKRET.az Britaniyanın “The Independent” internet nəşrinə istinadla xəbər verir ki, COVID-19-a qarşı dərmanın istehsalı üçün uyğunlaşdırılmış mRNA texnologiyası orqanizmə xərçəng hüceyrələrini tanımaq və onlarla mübarizə aparmağa kömək edir.

Ekspertlər güman edirlər ki, bu vaksinlər onkoloji xəstəliklərin əlverişli müalicəsinə gətirib çıxara bilər. Bədənə daxil olaraq mRNA-nın genetik materialı immun sistemini xərçəng hüceyrələrinin sağlam hüceyrələrdən necə fərqləndiyini “öyrədir” və onları məhv etmək üçün səfərbər edir. “BioNTech”, “Merck” və “Moderna” kimi şirkətlərin mRNA əsaslı xərçəng əleyhinə vaksinləri bütün dünyada kiçik sınaqlardan keçib və çox ümidverici nəticələr verib.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*