Uzun sürən müalicədən və əməliyyatdan sonra bu gün Ankaradan vətənə döndüm.
KONKRET.az xəbər verir ki, bunu türk dünyasının tanınmış şairi Rüstəm Behrudi deyib.
O bildirib ki, Tanrı sevdiklərini qorumaq istəyəndə onlara qoruyucu mələklər göndərir: “Xərcəng xəstəliyinin müalicəsində və əməliyyat yolu ilə aradan qaldırılmasında dünya şöhrətli alim, doktor, professor Lütfi Tunc bəy mənim həyatımda Tanrının göndərdiyi həmin adamdır. O, məni bu bəladan qurtardı. Əməliyyat elədi. Buradan ona demək istəyirəm ki, Tanrı səni qorusun böyük adam, böyük türk!”.
