Xersonda Təhlükəsizlik Xidmətinin binası atəşə tutuldu, yanğın başladı – Zelenskiyə MÜRACİƏTbackend

Xersonda Təhlükəsizlik Xidmətinin binası atəşə tutuldu, yanğın başladı - Zelenskiyə MÜRACİƏT

Rus ordusu Xersonda çay limanını və dəmiryol vağzalını ələ keçirib. Dünən gecə şəhərdə sakit keçdi, ancaq tək-tək atışma səsləri eşidilirdi.

KONKRET.az xəbər verir ki, bunu Xerson şəhərinin meri İqor Kolıxayev deyib.

Kolıxayev Ukrayna prezidentindən şəhər ərazisində yüzlərlə meyiti toplamaq üçün yaşıl dəhliz təşkil etməyi xahiş edib:

“Həm də Xersona yemək gətirmək lazımdır. Anbarlar şəhərdən kənarda yerləşir. Həm hərbçilər, həm də mülki əhali arasında ölən və yaralananlar var. Ruslar məktəblərə, hündürmərtəbəli binalara atəş açır, şəhərdə çoxlu partlayış səsləri eşidilir”.

Təsdiqlənməmiş məlumata görə, şəhərdə Ukrayna Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub və orada yanğın başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*