Rusiyada 7 yetim uşağın ölümündən sonra cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Prokurorluq Sankt-Peterburqda 10 saylı psixo-nevroloji internat məktəbində yoxlamalara başlayıb.
Sinir-psixiatriya dispanserinin əməkdaşlarının öz vəzifələrinə kobud laqeyd yanaşması faktı ilə bağlı cinayət işi açılıb.
Uşaqların əl-qolu bağlanmış vəziyyətdə, dəhşətli dərəcədə arıq və çəlimsiz olublar.
2022-ci ildən bəri burada ən azı 6 ruhi xəstə heyətin qeyri-adekvat qulluğu və mütləq laqeydliyi nəticəsində dünyasını dəyişib. Xəstələr dəhşətli dərəcədə tükənmiş vəziyyətə gətirilib. Onların hamısı yetkinlik yaşına çatmamış yetimlərdir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb. İstintaq Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbərinin nəzarəti altındadır.
Xuraman Etibarlı,
KONKRET.az
