Xətaidə boru partladı, ev gölə çevrildi: “Zəng edirik, amma məhəl qoyan yoxdur”backend

Xətaidə boru partladı, ev gölə çevrildi: "Zəng edirik, amma məhəl qoyan yoxdur"

Xətai rayonu, UPD qəsəbəsində yaşayan sakinin evi içməli su borusunun partlaması nəticəsində qəzalı vəziyyətə düşüb.

Şikayətçi bu vəziyyətin iki aya yaxındır hökm sürdüyünü və ətrafdakı digər evlərin də su ilə dolmasına səbəb olduğunu deyir:

“Evlərimiz suyun içindədir. Su idarəsinə gedirik, zəng edirik, məhəl qoyan yoxdur. Deyirlər ki, qanunsuz tikilidir”.

Evi su ilə dolan başqa şikayətçi isə qeyd edib ki, partlayan borudan gələn su kanalizasiyaya axıdılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndəsi Ceyhun Musaoğlu məsələ ilə bağlı bildirib ki, həmin ərazidə illər əvvəl qaydalar kobud şəkildə pozularaq su xəttinin üzərində evlər tikilib. Qəza baş verən ev də qanunsuz tikilən mənzillərdən biridir. Ərazidə baş verən problemin aradan qaldırılması üçün isə vətəndaşın evi sökülməlidir. Lakin vətəndaş buna etiraz edib. Qurum rəsmisinin sözlərinə görə, bu səbəbdən aidiyyəti qurumlara müraciət edilib və müəyyən sənədlər hazırlandıqdan sonra məhkəməyə təqdim olunacaq.

Daha ətraflı Baku TV-nin materialında:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*