Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
23:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.





22:35
Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə NZS qəsəbəsində, qamışlıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili yardım cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
