Xəzərdə dalğanın hündürlüyü beş metrə çatdı – FAKTİKİ HAVAbackend

Xəzərdə dalğanın hündürlüyü beş metrə çatdı - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-u saat 14:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Kürdəmir, Qusar, Quba, Xaltan, Balakən, Şabran, Şahdağda arabir yağış yağıb. Bəzi yerlərdə güclü külək əsib.

Xidmətdən KONKRET.az-a verilən məlumata görə, şimal-qərb küləyi arabir Mingəçevirdə 30 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Beyləqan, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naxçıvanda 18 m/s, Kürdəmirdə 15 m/s-dək, Bakıda və Abşeron yarımadasında 30-35 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.0 metrə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*