Xınalıqda avtomobil qayalıq yoldan dərəyə aşıb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Quba-Xınalıq yolunda güclü leysan nəticəsində yol çöküb.
Yolda irəliləyən avtomobil qayalıq yoldan dərəyə aşıb.
Sürücü vaxtında avtomobili tərk edə bilib. Xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
