Bu gün Xırdalan-Bakı istiqamətində hərəkət edən 135 saylı marşrut xəttinə məxsus avtobusda yapışdırılmış “Gedişhaqqı 55 qəpik” yazısı çaşqınlığa səbəb olub.
KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, bir çox sərnişin sözügedən marşrutda mövcud olan 50 qəpiklik gedişhaqqının artırıldığını iddia edib.
Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirilib ki, haqqında bəhs edilən marşrut avtobusu 135 saylı xəttə məxsus deyil:
“Fotonun çəkildiyi avtobus 199 saylı marşrut xəttinə aiddir və həmin xətt üzrə Tarif Şurası tərəfindən təyin edilmiş gedişhaqqı dəyəri 55 qəpikdir. Bu gün 135 saylı xətt üzrə bir neçə dəqiqəlik gecikmə olduğu üçün 199 saylı xəttə məxsus avtobus müvəqqəti olaraq 135 saylı xəttə keçirilib. Görüntü də həmin vaxt çəkilib. Hər hansı tarif artımı yoxdur və heç bir sərnişindən artıq gedişhaqqı alınmayıb”.