Xırdalanda bir evdə olan 10 nəfər dəm qazından zəhərləndibackend

Xırdalanda bir evdə olan 10 nəfər dəm qazından zəhərləndi

Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisə baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Yaşadıqları evdə 1956-cı il təvəllüdlü Kələntərova Bənövşə Musa qızı, 1985-ci il təvəllüdlü Həsənli Nurlana Qurban qızı, 2001-ci il təvəllüdlü Orucova Arzu Məhəmməd qızı, 2008-ci il təvəllüdlü Kələntərli Şəkər Ceyhun qızı, 1992-ci il təvəllüdlü Novruzlu Nigar Musa qızı, 2005-ci il təvəllüdlü Novruzlu Şəfiqə Sultan qızı, 1988-ci il təvəllüdlü Həsənova Sahilə Sahib qızı, 1974-cü il təvəllüdlü Kələntərli Arzu Süleyman qızı, 2011-ci il təvəllüdlü Kələntərli Mail Həsənəli oğlu və 2010-cu il təvəllüdlü Kələntərli Musa Həsənəli oğlu dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*