Xırdalanda elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
KONKRET.AZ bildirir ki, bu barədə “Azərişıq” ASC xəbər verib.
Məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 25 yanvar 2020-ci il tarixində saat 12.00-dan 14.00-a qədər “Quşçuluq yaşayış massivi”, VDNX və “Kənd Xırdalan”ın bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.
