Xırdalandakı yanğın məhdudlaşdırıldıbackend

Xırdalandakı yanğın məhdudlaşdırıldı

Xırdalanda “Kristal Abşeron 1” yaşayış kompleksində olan binaların birində yanğın qısa vaxtda məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yaşayış binasında baş verən yanğın qısa müddətdə məhdudlaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb.

***

Xırdalanda “Kristal Abşeron 1” yaşayış kompleksində olan binaların birində yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

FHN-in mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:

“Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*