Xocalı cəlladı general Ohanyan Şuşada canını Azərbaycan xüsusi təyinatlılarından son anda qurtarıb – Yerimi bildilər və…backend

Xocalı cəlladı general Ohanyan Şuşada canını Azərbaycan xüsusi təyinatlılarından son anda qurtarıb - Yerimi bildilər və...

Şuşanın müdafiəsinə mən rəhbərlik etməmişəm.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan erməni mətbuatına müsahibəsində deyib.

Ohanyan Şuşaya könüllü getdiyini və ordu komandanlığı ilə əlaqə yaratmadığnı bildirib:

“Mən Şuşada milis dəstələrinin formalaşdırılmasına yardım edirdim. Orada 16 nəfər idik və böyükləri də mən idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə düşdük. Məhz keçmiş köməkçilərimin sayəsində biz ordan çıxa bildik”.

Ohanyan Şuşadan qaçmadığını da iddia edib:

“Əsgərlər bir neçə dəfə məni şəhərdən aparmaq üçün təklif etdi. Amma mən qalmağa qərar verdim. Daha sonra düşmən mənim olduğum müşahidə məntəqəsini aşkar etdi, o zaman çıxmağa qərar verdim. Noyabrın 6-sı biz ordan getdik”.virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*