Ermənistan Baş Prokurorluğu “Ermənistan” blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyanın əmlakına həbs qoyub.
KONKRET.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, ölkənin Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə araşdırma başladıb.
