Xocavənddə atəşkəs rejimi pozulub — Rusiya MNbackend

Xocavənddə atəşkəs rejimi pozulub — Rusiya MN

“Dağlıq Qarabağın Martuni rayonu (Xocavənd – red.) ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatda deyilir.

“Zərərçəkən yoxdur. Rusiya sülhməramlı qoşunlarının komandanlığı bu faktla bağlı araşdırma aparır. Patrul xidməti üç marşrut üzrə aparılır”, – deyə məlumatda deyilir.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə daimi ünsiyyətdədirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*