Xudayarın səsi necə əbədiləşdirilsin? – SORĞU – VİDEObackend

Xudayarın səsi necə əbədiləşdirilsin? - SORĞU - VİDEO

Vətən müharibəsindəki qəhrəmanlığı və oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə adını tarixə yazan şəhid Xudayar Yusifzadə gündən-günə könülləri daha çox fəth etməkdədir. İndi hər kəs yüksək döyüş ruhlu şəhidini, mərd və mübariz qəhrəmanını qəlbində yaşatmaqla yanaşı, adının əbədiləşdirilməsini də vacib hesab edir.

KONKRET.az bunu nəzərə alaraq şəhid Xudayar Yusifzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sorğu keçirib. Təxminən 1000 nəfərə yaxın respondentin qatıldğı sorğuda metro stansiyalarının birinə (məsələn, “Ulduz”) ya “Qarabağ”, ya da “Vətən” adının verilməsi təklif edilib. Eyni zamanda həmin stansiyanın dayanacağında şəhidin ifa etdiyi mahnıdan bir parçanın səsləndirilməsi məqbul sayılıb. İrəli sürülən ideya ilə əlaqədar respondentlərin əksəriyyət müsbət rəy bildirərək belə bir addımı alqışlayıblar. Sorğuda iştirak edənlər həmçinin maraqlı analoji təkliflərini də veriblər. Belə ki, bəzilərinin fikrincə, “Gənclik”, “Xalqlar dostluğu” və s. stansiyaların adlarının dəyişdirilərək “Şəhidlər”, “General Polad Həşimov” adını daşımasını təqdirəlayiq sayıblar. Sorğu iştirakçılarının əksəriyyəti Vətənimizin bütövlüyü uğrunda vuruşaraq şəhid olan bütün oğullarımızın xatirələrinin əbədiləşdirilməsini arzu ediblər.

KONKRET.az

 

  • Alisa
    Yanvar 9, 2021 - 10:18

    Metrostansiyada Xudayarin seslendirildiyi mahninin ifasi olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*