Yağış yağdı, havanın keyfiyyəti yaxşılaşdıbackend

Yağış yağdı, havanın keyfiyyəti yaxşılaşdı

Paytaxtda hava keyfiyyəti göstəriciləri norma daxilində müəyyən edilib.

Bu barədə KONKRET.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində təyin olunan hava keyfiyyəti göstəriciləri norma daxilində müəyyən edilib.

Yağıntılı hava şəraiti havanın keyfiyyətini əlverişli edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*