“Yandeks məp” (Yandex map) platforması xaricdə yaşayan istifadəçiləri üçün Qarabağ rayonlarının adını ermənicə təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd edilib.
Məlumata görə, Azərbaycanda yaşayan istifadəçilər platformaya daxil olan zaman rayonlarımızın adını Azərbaycan dilində görsələr də, xaricdə eyni rayonların adı ermənicə də qeyd edilib.

