Yapon milyarder aya uçmaq üçün daha qız axtarmayacaqbackend

Yapon milyarder aya uçmaq üçün daha qız axtarmayacaq

Yaponiyalı milyarder Yusaku Maedzava aya uçuş üçün özüylə aparmaq istədiyi qızın axtarışlarını dayandırdığını bildirib.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

O qeyd edib ki, şəxsi xarakterli səbəblər üzündən evlənmək üçün daha sənədli şouda iştirak etmək niyyətində deyil.

Onun sözlərinə görə, bu şouda iştirak etmək istəyinə baxmayaraq, ürəyinin bir hissəsi bundan vaz keçməyi tələb edir.

Maedzava bildirib ki, layihədə iştirak üçün 27,7 mindən çox ərizə verilib. Müsabiqəyə əsasən, şouda yalnız 20 yaşdan yuxarı azad, pozitiv və şən qızlar iştirak edə bilər.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*