Yaponiyada yüz il yaşamaq qeyri-adi hal deyil. Uzunömürlülüyün sirri pəhriz və müntəzəm idmandır.
KONKRET.az xəbər verir ki, “Doctorpiter” nəşri ömrü uzatmağa kömək edən ən təsirli məşqlərdən birini xatırladıb.
“Ikigai: uzun və xoşbəxt həyatın Yapon sirri” kitabının müəllifləri Yaponiyanın Okinava adalarında onlarla insanla söhbət ediblər.
Belə ki, onlar yüz ildən artıqdır məlum olan məşqlərin yaşlı insanların ömrünü uzatmasına və enerjili qalmasına kömək etdiyini aşkar ediblər.
Kitabın müəllifləri Hektor Qarsia və Fransesk Miralesin sözlərinə görə, bu, yaponların hər gün etdikləri ən sadə məşqlərdir.
Onlardan biri “Radio Taiso” adlanır. Çünki 20-ci əsrin əvvəllərində onun həyata keçirilməsi texnikası radioda yayımlanırdı. Hətta qocalar evinin sakinləri də bəziləri əlil arabalarında belə bunu tətbiq edirlər.
Məşqin hərəkətləri ümumiyyətlə aşağı intensivliyə malikdir və 3-5 dəqiqədən çox çəkmir.
Bu məşqin əsas sirri ondan ibarətdir ki, onu yerinə yetirən şəxs əllərini yuxarı qaldırır, yanlardan aşağı endirir, çarpazlaşır, bir az əyilir və yenidən yuxarı qaldırır, onlarla dairəvi hərəkətlər edir.
Mütəxəssislər qeyd edirlər ki, adətən gündəlik həyatda demək olar ki, əllərimizi tərpətmirik və üstəlik, onları başımızın üstündə qaldırmırıq. Əllərimizi yuxarı qaldıraraq, bütün bədəni sözün əsl mənasında yeniləyirik və bir sıra xəstəliklərin inkişafının qarşısını alırıq, qarın əzələlərini gücləndiririk.
Kitabda müəlliflər həmçinin qeyd edirlər ki, yoqa və tay-çi yaşlı yaponlar arasında çox yaygındır. Ancaq hansı məşq etdiyinizin heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, özünüzü müntəzəm hərəkət etməyə məcbur edin.
İqbal Rzayev,
KONKRET.az
