Yaponiya Belarusa qarşı sanksiyalarla bağlı danışıqlara başlayıb – KİVbackend

Yaponiya Belarusa qarşı sanksiyalarla bağlı danışıqlara başlayıb - KİV

Yaponiya hökuməti Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə dəstəyi ilə əlaqədar Belarusa qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı razılığa gəlib,

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Jiji agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Bir gün əvvəl Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno jurnalistlərin Rusiyanın Ukraynanın şərqindəki hərəkətləri ilə əlaqədar Belarusa qarşı mümkün sanksiyalarla bağlı sualına cavab olaraq, Tokionun beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində tədbirlər hazırlayacağını vurğulayıb. .

Dekabrın 25-də Aİ Belarusa qarşı şəxsi sanksiyaları bir il müddətinə uzadıb. Bir gün əvvəl ABŞ Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədiyinə görə Belarusda bir sıra fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko lazım gələrsə, Ukraynaya qoşun yeridəcəyini vəd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*