Yaponiyada “Kanun” qasırğası səbəbindən 350-dən çox aviareys təxirə salınıb.
KONKRET.az xəbər verir ki, bu barədə “NHK WORLD-JAPAN” tele-radio şirkəti məlumat yayıb.
Həmçinin, ölkənin cənub-qərbində sürət qatarlarının fəaliyyəti dayandırılıb.
Məlumatda o da bildirilib ki, ölkənin cənub-qərbindəki dörd vilayətdə elektrik enerjisinin kəsilməsi səbəbindən 17 mindən çox ev işıqsız qalıb.//Apa
