Yaponiyada yenidən rekord yoluxma qeydə alındıbackend

Yaponiyada yenidən rekord yoluxma qeydə alındı

Yaponiyada aprel ayının 11-dən sonra ilk dəfə bir gündə rekord miqdarda COVID-19 koronavirusuna yoluxma halı qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bir gündə koronavirusa yoluxanların sayı 600-ü keçib. Belə ki, son sutka ərzində infeksiyaya 655 yoluxma qeydə alınıb.

Bildirilir ki, aprelin 11-də 720 nəfərin COVID-19 testi müsbət olub.

Beləliklə iyulun 18-də bütün Yaponiya üzrə koronavirusa yoluxanların sayı 25 628 nəfərə çatıb, 986 nəfər həyatını itirib. Onlardan 42-sinin vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*