Yaponiyanın ilk qadın prokuroru vəzifəsinin icrasına başladıbackend

Yaponiyanın ilk qadın prokuroru vəzifəsinin icrasına başladı

Yaponiyada Tokionun baş prokuroru Unemoto Naomi ölkənin ilk qadın baş prokuroru kimi vəzifəsinə başlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı Unemoto təqaüdə çıxan Kai Yukionu əvəz edərək ölkənin ən yüksək rütbəli prokuroru olub.

Yaponiyanın ilk qadın baş prokuroru kimi vəzifəyə başlayan Unemoto keçirdiyi mətbuat konfransında yeni dövrdən danışıb. “İstər kişi, istər qadın, bu vəzifədə gözlənilən rol eynidir. Mən əlimdən gələni etmək istəyirəm”, – Unemoto deyib.

Yaponiya baş prokuroru ədalət və dürüstlüyə diqqət yetirib, səlahiyyətlərindən ictimai etimad əsasında istifadə etməyin vacibliyini vurğulayıb.

Cinayətlərin daha mütəşəkkil və anonim hala gəldiyini qeyd edən Unemoto vurğulayıb ki, həqiqətin üzə çıxarılması getdikcə çətinləşib. “Mən səlahiyyətlərimdən lazım gəldikdə istifadə etməyə çalışacağam”. Paytaxt Tokionun şərqində yerləşən Çiba prefekturasından olan Unemoto 1985-ci ildə Çuo Universitetini bitirdikdən sonra prokuror kimi işə başlayıb. Yaponiya Ədliyyə Nazirliyinin müxtəlif səviyyələrində çalışmış Unemoto 2021-23-cü illərdə cənub-qərbdə Hirosima Baş Prokuroru vəzifəsində çalışıb.

2023-cü ilin yanvarında paytaxt Tokionun ilk qadın baş prokuroru olan Unemoto ölkə daxilində həm siyasi, həm də maliyyə araşdırmalarında ad çıxarıb. Unemoto hakim Liberal Demokrat Partiyasında (LDP) donor fondu qalmaqalını və dəniz külək enerjisi layihələrində korrupsiyanı araşdırıb.

Təyinatların ekspertiza, şəxsiyyət və təcrübə nəzərə alınmaqla qərar verildiyini qeyd edən Hayaşi qadınların təyinatını asanlaşdıracaqlarını bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*