Yararsız balıq məhsulları və akoqolsuz içkilər məhv edildibackend

Yararsız balıq məhsulları və akoqolsuz içkilər məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız və istifadə müddəti bitən, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edib.

Bu barədə KONKRET.az-a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, proses “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında həyata keçirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*