Müğənni Nazənin Salayevanı təhqir ediblər.
KONKRET.az xəbər verir ki, ifaçı bunu “Bizimləsən” proqramında dilə gətirib.
Müğənni qeyd edib ki, xüsusi karantin rejimində 100-dən çox ailəyə qida yardımı edib.
Lakin Nazənin yardım üçün ona yazan şəxslərə cavab verə bilmədiyi üçün təhqirlərə, qarğışlara məruz qaldığını bildirib:
“Övladımızın, ailəmizin boğazından kəsib etdiyimiz bir yardım aksiyasıdır. Vicdan borcumuzdur.
Amma anlaşılmazlıqlar olur. Mənə instaqramda, votsapda yazırlar. Cavab vermirəmsə, söyüş, qarğış yazırlar. Artıq telefonumu da işlətmirəm. Xahiş edirəm, yardım üçün çıxdığımız yolda bizi peşman etməyin. İnsanı həvəsdən salırsız, belə etməyin”.
