Yardımlıda qəza oldu, 104 abonent qazsız qaldıbackend

Yardımlıda qəza oldu, 104 abonent qazsız qaldı

Avqustun 13-də axşam saatlarında baş verən avtomobil qəzası zamanı Yardımlı rayonunun Gavran kəndini təbii qazla təmin edən diametri 219 mm olan orta təzyiqli qaz xətti zədələnib. 

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, təqribən 35 m uzunluğunda qaz borusunu qəzaya uğrayan “Niva” markalı maşın sürüyərək yararsız hala salıb.

Təhlükəslik tədbiri olaraq 104 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*