Yarıçılpaq model Kobi Brayantın xatirəsini belə yad etdi – FOTObackend

Yarıçılpaq model Kobi Brayantın xatirəsini belə yad etdi - FOTO

Qalmaqallı model Kinsi Volanski Avstriyanın Şladminq şəhərində açıq çimərlik kostyumunda və həlak olmuş basketbolçu Kobi Brayantın şərəfinə “RİP Kobe” mətni yazılan plakatla dağ-xizək yoluna çıxıb.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, həmin vaxt modelə görə dağ-xizək idmanı üzrə Dünya Kubokunun yarışı yarımçıq kəsilib.

Volanskinin bu addımı Eurosport telekanalının Tvitter hesabında yayımlanıb.

İstifadəçilər qızın kədərini qiymətləndirməyiblər.

Həmin vaxt yarışda iştirak edən xizəkçi Aleks Vinatser yarıçılpaq modelin hərəkətinə gülümsəyib və “İnstagram” da bu kadrları özündə əks etdirən bir şəkil paylaşıb: “Oy, deyəsən, məndə yeni qız peyda olub! Şladminqdəki altıncı yer və bəlkə də finiş xəttində ən yaxşı şəkillərdən biridir”.

Xatırladaq ki, Kobi Brayant yanvarın 26-da Kaliforniyada vertolyotun qəzaya uğraması zamanı həlak olub.

Vertolyotda ondan başqa, 13 yaşlı qızı da daxil olmaqla səkkiz nəfər olub. Qəzada heç kim sağ qalmayıb.
Kinsi Volanski 2019-cu ilin yayında “Liverpul” və “Tottenham” futbol komandaları arasında Çempionlar Liqasının finalını pozduğuna görə tanınır. O, çimərlik paltarında meydançaya çıxaraq mərkəz xəttə qədər qaçıb. Sonra Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub və 15 min avro cərimə edilib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*