Yaşadıqları binanın bir hissəsi uçan 5 ailə 2 aydır təhlükədə qalıb – Şikayətlərə rəsmi CAVABbackend

Yaşadıqları binanın bir hissəsi uçan 5 ailə 2 aydır təhlükədə qalıb - Şikayətlərə rəsmi CAVAB

May ayında Xətai rayonu, 8 Noyabr prospektində yerləşən ikimərtəbəli yaşayış binasının ümumi dəhliz tavanının uçması, bundan yaranmış təhlükəli problem hələ də öz həllini tapmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə uçqundan əziyyət çəkmiş sakinlər Musavat.com-a müraciətlərində bildiriblər. Sakinlər qeyd ediblər ki, hər an təhlükəli vəziyyətlə üz-üzə  yaşayırlar. Onların sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Xətai rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə yoxdur. Deyiblər ki, binaları qəzalı vəziyyətdədir və başlarına uçacağından qorxurlar. On

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov məsələyə bu cür aydınlıq gətirib:

“Qeyd edim ki, binada uçqun yaranan zaman qurumumuz orada təmizlik işləri aparıb. Lakin binanı söküb, yenidən tikmək və yaxud təmir etmək rayon icra hakimiyyətinin gücündə olacaq məsələ deyil. Bununla bağlı tərəfimizdən aidiyyəti orqanlara, o cümlədən “Bakı Abadlıq”, Bakı Şəhər İcra Hakimiyyəti mənzil təsərrüfat departamentinə müraciət olunub, vəziyyət barədə ətraflı məlumat verilib. Yuxarı təşkilatlardan bizə nə göstəriş veriləcəksə, rayon icra hakimiyyəti olaraq, onu təmin edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*