“Fonda ümumi nəzarəti həyata keçirmək üçün 11 nəfərlik şura yaradılıb. Ancaq elə sistem qurulacaq ki, 10 milyon azərbaycanlının hamısı buna nəzarət edə biləcək”.
KONKRET.az xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev bu gün keçirilən onlayn brifinqdə deyib.
O qeyd edib ki, istənilən şəxs sayta daxil olub bunu görə biləcək:
“İstəsə elektron meyl də göndərə bilər. Bu fonda göndərilən ianələr bizim üçün son dərəcə müqəddəsdir. Şəffaflığa xırda detalına qədər şübhə yeri qalmamalıdır.
Şəhid ailələrinin problemlərini həll etmək üçün qüvvələrimizi birləşdirsək, daha yaxşı olar. Biz başqalarına deyə bilmərik ki, yardım etməsin. Amma hər halda qüvvələri birləşdirmək daha faydalı olar”.
