Yaşayış binasında YANĞINbackend

Yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan otağın tavanı və divar kağızı 15 m² sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*