“Yaxın illərdə Rusiya Zaqafqaziyadan tamamilə atılacaq. Paşinyan tamamilə təslim olub. Onun heç kimdən dəstəyi yoxdur”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi, dövlət və siyasi xadimi, publisist İqor İvanoviç Strelkov – Qirkin bildirib. Onun sözlərinə görə, “Hətta Rusiya Qarabağ uğrunda Azərbaycan və Türkiyə ilə vuruşmayacaq. Azərbaycan, demək olar ki, istər-istəməz bizim hərbi rəqibimizə çevriləcək”.
Qeyd edək ki, Strelkov Ukraynanın şərqindəki müharibənin fəal iştirakçısıdır. O, özünü elan etmiş Donetsk Xalq Respublikasının hərbi və siyasi xadimi kimi tanınır. Bir neçə ay Slavyansk şəhərində döyüşlər zamanı döyüşçülərə, daha sonra isə Donetskdəki silahlı birləşmələrə rəhbərlik edib.
Ukrayna hakimiyyəti və bir sıra insan haqları təşkilatları Strelkovu müharibə cinayətləri törətməkdə ittiham edir.
2014-cü ildən “Novorossiya” ictimai hərəkatının rəhbəridir. Hərbi təqaüdçüdür.
Natiq Səlim,
KONKRET.az
