“Qiymətin qalxması dramın məzənnədən daha çox düsməsi və dolların məzənnəsindəki sıçrayışla bağlıdır. Biz müharibə dövründə qiymətlərin qalxmamsı üçün bütün resurslardan istifadə etdik. Ancaq bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası Ermənistanın Elektrik Şəbəkələri Müdirliyinə bununla bağlı müvafiq təklif göndərib.
Erməni mətbuatı onu da yazır ki, yaxın vaxtlarda taxıl məhsullarının, xüsusən də unun yaxın günlərdə qiyməti qalxacaq. Bu barədə “Modus Granum”un baş direktoru Qurgen Nikokosyan (Ermənistanda taxıl idxal edən və un üyüdən iki böyük müəssisədən biri) məlumat verib.
KONKRET.az