Üçüncü ölkələrdən (AİB ölkələrindən deyil) Ermənistana idxal olunan 900 məhsul malına gömrük rüsumu 2020-ci il yanvarın 1-dən artacaq, bu, respublikanın AİB-ə qoşulduqdan sonra əldə edilmiş keçid razılaşmaları çərçivəsində həyata keçəcək. KONKRET.az xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti səhər bu məhsulların tam siyahısını dərc edib.
Mənbə bildirir ki, bu siyahıda 293 növ nəqliyyat vasitəsi, eyni zamanda əsas istehlak səbətinin bir sıra məhsulları var.
Nazirlik gömrük dərəcələrində dəyişikliklərin inflyasiyaya maksimum təsirini dəyərlıəndirib, yeri gəlmişkən, inflyasiya səviyyəsi Ermənistan Mərkəzi Bankının verdiyi proqnozların nəticələrinə tam uyğundur və cəmi 0,5 faiz artım təşkil edəcək.
Xatırladaq ki, bir ildən sonra Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri arasında paylanmış tarif kvotalarından istifadə edə biləcək.
