Yeni inşa edilən mənzil Qarabağ müharibəsi əlilinə təqdim edildi – FOTObackend

Yeni inşa edilən mənzil Qarabağ müharibəsi əlilinə təqdim edildi - FOTO

Yevlax rayon sakini, birinci qrup Qarabağ müharibəsi əlili Həsənov Tahir  Hüseyn oğlunun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevə müraciəti əsasında ona Yevlax şəhərində növbədənkənar 2 otaqlı mənzil inşa edilib.

KONKRET.az YAP mətbuat xidmətinə istinadən xəbər verir ki, Tahir Həsənovun əlil olması nəzərə alınaraq evinin tikintisi zamanı evinə rahat girib-çıxması üçün pandus quraşdırılıb. Həmçinin Qarabağ müharibəsi əlilinin istəyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən mənzilin otaqları, mətbəxi lazımi mebel avadanlıqları ilə təchiz edilib, dizayna uyğun olaraq pərdələr asılıb, həyətində abadlıq işləri görülüb, meyvə və bəzək ağacları əkilib.

Mayın 9-da yeni inşa edilmiş mənzil birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*