“Ermənistanda yeni misəritmə kompleksinin tikilməsi məsələsi hökumətin gündəmindədir”, – KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Tiqran Avinyan söyləyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq Çin şirkəti ilə danışıqlar davam edir.
“Çin şirkəti, ilkin razılığa əsasən, Ermənistana səfər etməyi planlaşdırır”, – deyə Avinyan yeni misəritmə kompleksinin inşası məsələsinin hökumətin gündəmində olduğunu bildirib, çünki Alaverdidəki mövcud misəritmə kompleksi səmərəsiz və ekoloji cəhətdən problemlidir.
