Yeni qanuna görə bu ölkənin prezidentinə rəis deyiləcək – ƏTRAFLIbackend

Yeni qanuna görə bu ölkənin prezidentinə rəis deyiləcək - ƏTRAFLI

Tatarıstan Dövlət Şurası Komitəsinin Rəyasət Heyəti respublika rəhbərinin vəzifəsini dəyişdirən qanun layihəsi təqdim edib. Sənəddə Respublika prezidenti adının dəyişdirilərək Tatarıstan Respublikasının rəisi” adlandırılması təklif edilir.

KONKRET.az xəbər verir ki,Tatarıstan Dövlət Şurasının Dövlət Quruculuğu və Yerli Özünüidarəetmə Komitəsinin sədri Albert Xabibullin bildirib ki, belə yanaşma Tatarıstanın tarixi, mədəni və milli xüsusiyyətlərini əks etdirəcək. Tatarıstan Respublikası konstitusiyasının ikinci fəsli və 89-cu maddəsinə dəyişiklik edilməsi təklif edilir.

“Eyni zamanda, başa düşürük ki, respublikamızın hazırkı prezidenti Rüstəm Nurqalieviç Minnixanov prezident seçilib, vətəndaşlarımız prezidentliyə namizəd kimi ona səs veriblər”, – deyə Xabibullin bildirib. Sənəd həftənin sonuna kimi təsdiqlənəcək.

Yeni adın seçkilərdən sonra istifadə edilməsi təklif edilir. Beləliklə, prezident adının 2025-ci ilə qədər saxlanılması təklif edilir.

Qeyd edək ki, 2021-ci ilin dekabrında prezident Vladimir Putin Rusiya subyektləri rəhbərlərinin prezident adlandırılmasını qadağan edən qanunu imzalayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*