Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.
KONKRET.az bildirir ki, bu barədə “Report”a Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir”, – səfirlikdən vurğulanıb.
Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan – red.) çalışıb.
O, daha əvvəl Avstriyanın Federal Kanslerliyində federal kanslerlər Karl Nehammer, Aleksandr Şallenberq və Sebastyan Kurtsun xarici və Avropa siyasəti məsələləri üzrə mətbuat katibi kimi işləyib.
E.Berxtold ixtisasca hüquqşünasdır.
