Yeni Zelandiyada bir ailənin evinə gətirilən çamadanlarda uşaq cəsədləri aşkarlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya polisi yazılı açıqlama verib.
Bildirilib ki, sözügedən çamadanlar avqustun 11-də Oklenddə yaşayan ailənin evinə bir anbar şirkəti tərəfindən səhvən gətirilib.
Ailə onlara aid olmayan çamadanlarda insan qalıqları aşkar edib və bu barədə polisə məlumat verib.
Polisdən bildirilib ki, 11 avqustdan bəri məsələ ilə bağlı araşdırma aparılıb və cəsədlərin iki ibtidai sinif şagirdinə aid olduğu müəyyənləşib:
“İlkin ekspertiza nəticələri göstərir ki, uşaqlar bir neçə il əvvəl ölüb”.
İqbal Rzayev,
KONKRET.az
